“Azeri Light” bu gün neçəyə satılır?

azeri-light-bu-gun-neceye-satilir
Oxunma sayı: 5278

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 0,25 ABŞ dolları və ya 0,27% azalaraq 93,08 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.