“Azeri Light”ın qiyməti son iki ayda ilk dəfə 70 dolları ötdü

azeri-lightin-qiymeti-son-iki-ayda-ilk-defe-70-dollari-otdu
Oxunma sayı: 1278

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,92 ABŞ dolları, yaxud 1,3% artaraq 70,16 ABŞ dolları təşkil edib.

Belə ki, Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Neftimizin qiyməti sonuncu dəfə aprelin 4-də 73,49 dollar olub.

Qeyd edək ki, ötən gün neftimiz 69,24 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.