“Bakcell”in Baş İcraçı Direktoru Klaus Müller Xankəndidə jurnalistlərlə görüşdü - Fotolar

bakcellin-bas-icraci-direktoru-klaus-muller-xankendide-jurnalistlerle-gorusdu
Oxunma sayı: 2691

“Bakcell”in Baş İcraçı Direktoru Klaus Müller Xankəndi şəhərində jurnalistlərlə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşün əsas məqsədi “Bakcell”in Xankəndi şəhərində yeni açılmış mağazasını ziyarət etmək və mətbuat nümayəndələrinin suallarını cavablandırmaq olub.

Tədbir zamanı azad olunmuş ərazilərdə “Bakcell”in qısa müddət ərzində şəbəkə infrastrukturunun yaradılması, ən müasir səs texnologiyası olan VoLTE xidmətinin təqdim edilməsi və Xankəndi şəhərində ilk “Bakcell” mağazasının istifadəyə verilməsi vurğulanıb.

“Xankəndi şəhərinin mərkəzində yerləşən yeni mağazamızda yüksək keyfiyyətli xidmətlərimizi təqdim etməkdən çox qürurluyuq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında infrastrukturun daha da genişləndirilməsi və ən sürətli mobil şəbəkə xidmətlərinin təqdim olunması şirkətimiz üçün prioritet məsələdir”, - deyə Klaus Müller bildirib.

Qeyd edək ki, “Bakcell” şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.