Bakı bulvarında izdiham - Hamı paradı izləməyə gəlir+Video

baki-bulvarinda-izdiham
Oxunma sayı: 3338

Təxminən bir saat sonra paytaxt Bakı 8 Noyabr-Zəfər Gününə həsr olunmuş möhtəşəm hərbi parada şahidlik edəcək.

“Qafqazinfo” xəbər verir ki, səhər saatlarından etibarən yüzlərlə vətəndaş tədbiri izləmək üçün Azadlıq meydanına axışır.

Bütün qoşun növlərini təmsil edən hərbi qulluqçular və hərbi texnikalar meydanda hazır vəziyyətə gətirilib.

Tədbirdə xüsusi qonaqlar kimi Türkiyə və Pakistan dövlət başçıları da iştirak edəcəklər.

Parada müdafiə nazirinin birinci müavini-Baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edəcək.

Qeyd edək ki, tədbirin 13:00-da başlanacağı gözlənilir. 

Sail Ağasəlim

Fotolar: Pərvin Zeynal