Bakı Fransız Liseyi bağlanır - Rəsmi

baki-fransiz-liseyi-baglanir
Oxunma sayı: 10332

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə liseydə təhsil alan şagirdlərin valideynləri sosial şəbəkədə yazıblar.

İddia olunur ki, 10 ildir fəaliyyət göstərən təhsil kompleksinin bağlanmasına səbəb maliyyə problemləridir.

Məlumata görə, yaxın günlərdə hazırda liseydə təhsil alan 200-ə yaxın şagirdin aqibəti ilə bağlı iclas keçiriləcək.

***

Lisey administrasiyasından sorğumuza cavab olaraq bildirilib ki, yayılmış məlumatlar doğrudur: “Kommersiya problemləri səbəblərindən liseyin yeni tədris ilindən etibarən fəaliyyətini dayandırması barədə qərar qəbul edilib. Lakin hazırda burada təhsil alan şagirdlər tədris ilinin sonuna qədər dərslərinə davam edəcəklər”.