“Bakı Parisin zəhlətökənliyindən yorulub” - Zaxarova

baki-parisin-zehletokenliyinden-yorulub
Oxunma sayı: 4464

“Qərbin və Fransanın məqsədi, xüsusilə Cənubi Qafqazı daha bir qarşıdurma meydanına çevirməkdir. Onlar region ölkələrinin maraqlarına məhəl qoymurlar, bölgədə təhlükəsizliyin, sabitliyin və çiçəklənmənin təmin olunması üçün heç nə etmirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin  rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın separatçıları təşviq etməsi və Cənubi Qafqazda yeni müharibələrin başlaması üçün zəmin hazırlaması ilə bağlı fikirlərini şərh edərkən bildirib.

“Hesab edirəm ki, Bakı və həmçinin bəzi ölkələr artıq dünyanın digər yerlərində özünün kökdən düşmüş siyasi nüfuzunu Cənubi Qafqazda bərpa etməyə çalışan Parisin zəhlətökənliyindən yorulub”, - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Prezident İlham Əliyev konfrans iştirakçılarına ünvanladığı müraciətində Bakının bəzi ölkələr, xüsusilə Fransa tərəfindən həyata keçirilən neokolonializm siyasətini ifşa etdiyini bildirib.