Bakı-Sumqayıt yolunda betonqarışdıran maşın aşdı - Video

baki-sumqayit-yolunda-betonqarisdiran-masin-asdi
Oxunma sayı: 727

Bakı-Sumqayıt yolunda qəza baş verib.

“Qafqazinfo” Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə “VAZ dairəsi” yaxınlığında qeydə alınıb.

Belə ki, ərazidə 77-DC-515 dövlət qeydiyyat nişanlı betonqarışdıran yük maşını aşıb.

Hadisə nəticəsində yaranan vəziyyət və qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.

Sözügedən qəzanın görüntülərini təqdim edirik: