Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Səfər sentyabrın 22-dən 25-dək davam edəcək.
Səfər çərçivəsində Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak edəcək və onun yüksəksəviyyəli ümumi siyasi debatlarında çıxış edəcək.
Ermənistan Baş nazirinin həmçinin BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşəcəyi bildirilir.
O həmçinin sessiyada çıxışının mətnini təyyarədə yazdığını bildirib və buna dair görüntülər paylaşıb.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də işinə başlayıb. Dövlət və hökumət başçılarının iştirakı ilə ümumi siyasi debatlar isə sentyabrın 22-dən 28-dək davam edəcək.
Son xəbərlər
Son Xəbərlər