Bakı-Sumqayıt yolunda qəza baş verib.
“Qafqazinfo” Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə “VAZ dairəsi” yaxınlığında qeydə alınıb.
Belə ki, ərazidə 77-DC-515 dövlət qeydiyyat nişanlı betonqarışdıran yük maşını aşıb.
Hadisə nəticəsində yaranan vəziyyət və qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.
***
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, maddi zərərlə nəticələnmiş sözügedən yol-nəqliyyat hadisəsi ötən gün saat 16:00 radələrində qeydə alınıb.
Belə ki, Əli Heydərov idarə etdiyi 99 DC 515 dövlət qeydiyyat nişanlı “MAN” markalı avtomobillə Bakı-Quba avtomobil yolunun 16-cı kilometrində hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan avtomobil işıq dirəyinə dəyərək yolun hərəkət hissəsinə aşıb. Əraziyə dərhal YPX Alayının əməkdaşları cəlb olunub. Xüsusi texnikanın köməyi ilə aşan avtomobil yoldan götürülüb. Digər nəqliyyat vasitələrinun sərbəst hərəkəti bərpa olunub.
Sözügedən qəzanın görüntülərini təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər