“Bakı və İrəvanı yaxınlaşdırmağa davam edəcəyik” - Obrayn

baki-ve-irevani-yaxinlasdirmaga-davam-edeceyik
Oxunma sayı: 1678

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışmağa davam edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri  ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn jurnalistlərə açıqlamasında deyib.

Amerikalı diplomat hazırkı gərginliyin yatırılması üçün diplomatik səylərə önəm verilməsinə diqqət çəkib:

“Mən hər hansı konkret son hərəkətlər barədə spekulyasiya etmək istəmirəm, ona görə də biz tərəfləri bir araya gətirməyə çalışmaq yolunda davam edəcəyik”.