Prezident Rusiyanın baş ravvinini qəbul edib - Yenilənib

prezident-rusiyanin-bas-ravvinini-qebul-edib
Oxunma sayı: 1486

Prezident İlham Əliyev mayın 1-də Rusiyanın baş ravvini Berl Lazarı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayıb. 

***

Görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işinə böyük töhfə verəcəyi bildirilib.

Söhbət zamanı Azərbaycanda hökm sürən tolerant mühit barədə danışılıb, bütün dinlərin və xalqların nümayəndələrinin ölkəmizdə dinc şəraitdə bir ailə kimi yaşadıqları məmnunluqla qeyd edilib.