Azərbaycan Milli Konservatoriyasının əməkdaşı, pianoçu-cazmen Rövşən Rzayev vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Konservatoriya məlumat yayıb.
Bildirilib ki, ötən gün vəfat edən Rövşən Rzayev dahi mədəniyyət xadimləri Rəşid Behbudov və Müslüm Maqomayevlə çalışıb.
Qeyd edək ki, aprelin 30-u Beynəlxalq Caz Günüdür.