“Qarabağ” rumınların “qorxulu siyahısında”...

qarabag-ruminlarin-qorxulu-siyahisinda
Oxunma sayı: 2054

Rumıniya mətbuatı FCSB-nin Çempionlar Liqasında “Qarabağ”ı potensial rəqibləri arasında arzuolunmaz komanda kimi göstəriblər.

“Qafqazinfo” xəbər verir ki, “Digi Sport” nəşrinin hazırladığı siyahıda klubun təsnifat mərhələləri və pley-offdakı ən çətin hesab etdikləri rəqibləri yer alıb.

Buxarest təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsini keçsə, 2-ci turda “Qarabağ”a rəqib ola bilər.

Rumınların siyahısında “Qarabağ”la yanaşı, “Ordabası”, “Slaviya” və “Qalatasaray” da yer alıb.

“Qorxulu siyahı”

1-ci tur: “Ordabası” (Qazaxıstan)

2-ci tur: “Qarabağ” (Azərbaycan)

3-cü tur: “Slaviya” Praqa (Çexiya)

Pley-off: “Qalatasaray” (Türkiyə)

Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 9/10 iyul və 16/17 iyul, 2-ci mərhələnin matçları isə 23/24 iyul və 30/31 iyulda keçiriləcək.