Dünən axşam saat 22 radələrində Bakıda məktəbli faciəvi şəkildə vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi rayonu 7-ci mikrorayon 1260-cı məhəllədə yerləşən "Piramida MTK"ya məxsus çoxmərtəbəli binada yaşayan 2011-ci il təvəllüdlü Sürəyya Rüfət qızı Əliyeva özünü 10-cu mərtəbədəki mənzilin eyvanından atıb.
O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Bildirilir ki, 12 yaşlı S.Əliyeva 244 saylı orta məktəbin 6-cı sinif şagirdi olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Ailədən “Qafqazinfo”ya bildirilib ki, ölüm bədbəxt hadisə nəticəsində baş verib.
Belə ki, uşaq eyvandan aşağı baxarkən müvazinətini itirərək yerə yıxılıb.
Son xəbərlər
Son Xəbərlər