Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı

bakida-27-yasli-oglan-olduruldu
Oxunma sayı: 1035

Bakıda qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

1999-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdlü Aqil Qulamzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.