Bakıda marşrut avtobusu piyadanı vurub öldürdü - Yenilənib

bakida-marsrut-avtobusu-piyadani-vurub-oldurdu
Oxunma sayı: 896

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Ə.Yusifov idarə etdiyi avtobusla Nizami rayonu Xəlil Rza Ulutürk küçəsində hərəkətdə olarkən piyadanı vurub.

Nəticədə, ağır xəsarətlər alan Rzayev Oqtay Əliyusif oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

***

Araşdırmalar zamanı məlum olub ki, hadisə dünən saat 20 radələrində Heydər Əliyev prospekti istiqamətində baş verib.

“BakuBus”a aid “BMC” markalı 99 JK 540 N-li 24 sayı xətt avtobusu ilə yolu keçən 1959-cu il təvəllüdlü Oqtay Əliyusif oğlu Rzayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.