Bakıda yolu keçən qadını maşın vurub öldürdü - Fotolar

bakida-yolu-kecen-qadini-masin-vurub-oldurdu
Oxunma sayı: 1160

Paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Mərdəkan dairəsindən Buzovna qəsəbəsinə gedən yolda — Şağan qəsəbəsi ərazisində minik avtomobili yolu keçən qadını vurub.

Nəticədə piyada həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.