Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, “Sahil” metrosunun yaxınlığında dönərxanada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
***
Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Son xəbərlər
Son Xəbərlər