Bakıya sulu qar yağır

bakiya-sulu-qar-yagir
Oxunma sayı: 2575

Ölkə ərazisində faktiki hava açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin saat 13:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında yağış sulu qara keçib.

Şahbuz, Daşkəsən, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabranda qar , Naxçıvan, Culfa, Ordubad, Gəncə, Şəmkir, Şamaxı, Zərdab, Salyan, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Kürdəmir, Hacıqabul, Neftçala, Biləsuvarda yağış yağıb.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 32 m/s-dək, Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Mingəçevirdə 21 m/s, Ağdamda 18 m/s, Bərdə, Tərtərdə 16 m/s Şəkidə 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,2 metrdir.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 4 dərəcəyədək isti, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.