“Barselona”nın müdafiəçisi “Sabah”a qarşı oynamayacaq

barselonanin-mudafiecisi-sabaha-qarsi-oynamayacaq
Oxunma sayı: 399

“Barselona”nın müdafiəçisi Xavi Espart ciddi zədə alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.

Gənc oyunçu ötən gün “Real”la matçda (1:2) sağ ayağının topuğundan zədələnib. Espart təxminən 7 həftə yaşıl meydanlardan uzaq qalacaq.

19 yaşlı futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunda “Sabah”la qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq.