Slovakiyanın Baş naziri Robert Fitso “Vişneve” yeraltı tunelinin açılışını qeyri-adi formada təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, siyasətçi bununla bağlı feysbuk hesabında paylaşım edib.
Baş nazirin paylaşdığı videoda onun tuneldə rolikli konki sürməsi əks olunub. Fitso tuneli tam şəkildə keçərək açılışı elan edib.
“Bu gün gülümsəyənlərə qoşuluram, çünki “Vişneve” tuneli slovakların həyatını yaxşılaşdıracaq. Bu, siyasətimizin əsas missiyasıdır”, - Fitso yazıb.
Qeyd edək ki, 1990-cı illərin sonlarında başlanılan tikinti işləri çoxsaylı fasilələr və gecikmələrlə 27 ildən çox davam edib. 7,5 kilometr uzunluğu olan tunel ölkənin ən uzun avtomobil tuneli hesab olunur.
Son xəbərlər
Son Xəbərlər