Baş nazir seçiləndən sonra ilk dəfə Ukraynaya hərbi yardım göstərəcəklər

bas-nazir-secilenden-sonra-ilk-defe-ukraynaya-herbi-yardim-gosterecekler
Oxunma sayı: 1767

Slovakiya Robert Fitsonun Baş nazir seçilməsindən sonra ilk dəfə olaraq Ukraynaya hərbi yardım göstərəcək.

“Qafqazinfo” “Regnum” agentliyinə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak bildirib.

“Mən çox məmnunam ki, biz indicə Slovakiyanın Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımı göstərməsini nəzərdə tutan 14-cü dəstək paketi üzrə memorandum imzalamışıq”, - deyə nazir söyləyib.

Kalinyakın sözlərinə görə, özü və Ukraynanın müdafiə naziri Denis Şmıqal həmin sənədi imzalayıblar. Kiyevin minatəmizləmə üçün beş maşın alacağı gözlənilir.