Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir - Foto

bas-prokurorluqda-genis-kollegiya-iclasi-kecirilir
Oxunma sayı: 2718

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilir.

"Qafqazinfo" xəbər verir ki, iclasda Baş Prokurorluğun Mərkəzi aparatının, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyəti, rayon (şəhər) və ərazi hərbi prokurorları iştirak edir. Kollegiyada 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi aparılır.

Tədbirdən öncə Baş Prokurorluğun Kollegiya üzvləri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib. O, prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.