Bayden danışarkən mikrofonu söndürüldü - Video

bayden-danisarken-mikrofonu-sonduruldu
Oxunma sayı: 2471

ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxış edərkən mikrofonu söndürülüb.

“Qafqazinfo” xəbər verir ki, insident barədə məlumatı “Fox News” yayıb.

Qeyd olunur ki, C. Bayden Ağ Evdə keçirilən brifinq zamanı Əfqanıstanla bağlı suala zarafatla cavab vermək istəyib. Lakin bu zaman onun mikrofonu söndürülüb.

Qeyd olunur ki, brifinqdə “NBC”nin jurnalisti Baydenə “ABŞ hərbçiləri Əfqanıstanı avqustun 31-nə kimi tərk etməyi çatdırmasa o zaman Bayden nə edəcək?” – deyə sual verib.

Bayden isə cavab olaraq gülümsəyib, bir neçə saniyə düşünüb və jurnalistə belə deyib: “Zəng etdiyim ilk insan siz olacaqsınız”.

Bildirilir ki, o sözlərinə davam etmək istəyib, lakin bu zaman mikrofonu deaktiv edilib. Respublikaçılar belə düşünürlər ki, Prezidentin mikrofonu daha böyük xoşagəlməz hal baş verməsin deyə söndürülüb.

Qeyd edək ki, “Taliban” hərəkatı bəyan edib ki, ABŞ öz hərbçilərini avqustun 31-nə kimi çıxarmasa “talibançılar” bunu işğal hesab edəcək.