Bayramda bu bank və valyuta mübadilə məntəqələri işləyəcək - Siyahı

bayramda-bu-bank-ve-valyuta-mubadile-menteqeleri-isleyecek
Oxunma sayı: 398

27-31 may qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 195 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 10 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi (o cümlədən, 2 satış nöqtəsi 24 saat rejimində olmaqla) məntəqəsi müştərilərə xidmət göstərəcək.

Bayram günlərində işləyəcək banklar , “Azərpoçt” MMCvalyuta mübadilə məntəqələrinin siyahısı ilə hiperlinklər vasitəsilə tanış olmaq mümkündür.