Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik əlaqələri kəsib.
“Qafqazinfo” APS-yə istinadən xəbər verir ki, bu barədə Əlcəzairin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Əlcəzair ikitərəfli münasibətlərin saxlanması üçün bütün imkanlar tükəndikdən sonra BƏƏ ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib”, - bəyanatda deyilir.
Əlcəzair tərəfi bu addımın “BƏƏ-nin təxribatçı və düşmənçilik hərəkətlərinə cavab olaraq” atdıldığını bəyan edib. Rəsmi Əbu-Dabi isə hələlik məsələni şərh etməyib. BƏƏ səfirinə diplomatik əlaqələrin kəsilməsi haqqında qərarın yerinə yetirilməsi üçün 48 saat vaxt verilib.
Məsələ ilə bağlı digər detallar məlum deyil.
Son xəbərlər
Son Xəbərlər