Martın 30-u saat 00:15-də radələrində Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Günay Ələkbərovanın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Qafqazinfo"ya Bərdə rayon prokurorluğundan məlumat verilib.
İlkin araşdırma zamanı 1984-cü il təvəllüdlü Şirxan İmanovun Bərdə rayonunda yerləşən kafelərdən birində Günay Ələkbarovaya bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.