“Qafqazinfo”nun məlumatına görə, aktrisa yazısında qadın hüquqlarına və qadına qarşı şiddətə diqqət çəkib:
“Səhv qapının qarşısında heç verilməyəcək bir görüş üçün boş yerə gözləyirik. Qadını kişinin əlaltısı sayan idarəçilərlə qadın dərdlərinə dərman olmayacaq. Mədəniyyət, sənət, təhsil haqda çalışmalarım kənarda qalıb, indi qadınların öldürülməsinin dərdinə düşmüşəm. Türkiyənin siyasətində qadının təmsili mövzusunda çox ciddi bir dəlik var.
Döyüşərək əldə etdiyimiz haqqlarımızı, peşəmizi, bərabərliyimizi və can təhlükəsizliyimizi itiririk. Qadının doğru təmsil edilməsi siyasətdə sürətlə yer almalıdır. Özgecanı itirdik, praktikada bir şey dəyişdimi? Xeyr. Bu bir ayda daha əvvəl iki dəfə qoruma tələb etmiş bir qadınımızı itirdik. Ən az 22 qadınımızı daha itirdik. Öldürülmələrinə mane olmadıq, yalnız kədərləndik”.
Könül
Son xəbərlər
Son Xəbərlər