Beyləqanda ağır qəza - 4 yaralı var+Yenilənib

beyleqanda-agir-qeza
Oxunma sayı: 1175

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Daşburun qəsəbəsi ərazisində  olub.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıdan gələn “KİA” markalı maşınla toqquşub.

Nəticədə avtomobildə olan 4 nəfər - 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB ağır qəzada yaralananların vəziyyətini açıqlayıb:

“Bu gün saat 16:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 4 nəfər ( kişi ) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

1981-ci il və 1997-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir”.

Ziya Əmirxanlı