Türkiyənin səs-küylü “Netflix” layihəsi “Bir başkadır” ikinci sezonu ilə yenidən gündəmə gəlib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın ssenaristi və rejissoru Berkun Oya bu dəfə təkcə kamera arxasında olmayıb, həm də baş komissar Muzaffer obrazı ilə aktyor heyətində yer alıb.
Layihənin diqqət çəkən məqamlarından biri isə Berkun Oyanın həyat yoldaşı, tanınmış aktrisa Funda Eryiğitin də Ruhiye obrazı ilə serialda rol almasıdır.
6 il sonra noyabrın 12-də yayımlanan ikinci sezonda cütlüyün yenidən eyni layihədə bir araya gəlməsi və Berkun Oyanın aktyor kimi də izləyici qarşısına çıxması tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
.png)
Məlumata görə, cütlüyün münasibətləri də elə məhz təxminən 6 il əvvəl, “Bir başkadır” serialının çəklişləri zamanı başlayıb. Belə ki, ikili ekran işinin aktyor seçimləri zamanı tanış olub. Təxminən iki il yarım davam edən münasibətdən sonra onlar 2023-cü ilin mart ayında sadə bir mərasimlə ailə həyatı qurublar. Evliliklərindən qısa müddət sonra, 2023-cü ilin mayında cütlüyün Civan adını verdikləri oğulları dünyaya gəlib.

Berkun Oya və Funda Eryiğit şəxsi həyatları ilə yanaşı, yaradıcılıq sahəsində də əməkdaşlıq edirlər. Belə ki, onlar “Bir başkadır” serialı ilə bərabər “Cici” filmində də birgə çalışıblar.









Son xəbərlər
Son Xəbərlər