Beyləqanda ağır qəza - Xəsarət alan var

beyleqanda-agir-qeza
Oxunma sayı: 498

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Yuxarı Aran kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Toyota Prado” markalı avtomobil “VAZ 2107” markalı avtomobillə toqquşub.

Nəticədə Beyləqan rayon Dünyamalılar kənd sakini olan “VAZ 2107”nin sürücüsü 1975-ci il təvəllüdlü İsmayılov Xəyyam Balakişi oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı