Beyninə qan sızan bəstəkarın son vəziyyəti ilə bağlı - Açıqlama

beynine-qan-sizan-bestekarin-son-veziyyeti-ile-bagli
Oxunma sayı: 3778

Noyabrın 10-da beyin qansızması diaqnozu ilə xəstəxanaya yerləşdirilən bəstəkar-müğənni Pərviz Mahmudovun son vəziyyəti açıqlanıb.

“Leyla Medical Center”in Anesteziologiya və Reanimasiya şöbəsinin rəhbəri Asim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sənətçi reanimasiyada qalmaqda davam edir:

“Vəziyyəti kafi, huşu aydındır. Xəstənin vəziyyətində müsbət dinamika müşahidə olunur”.

Qeyd edək ki, 38 yaşlı bəstəkar Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova, müğənni Sevda Yəhyayeva və s. sənətçilərə mahnılar bəstələyib. Evlidir, 2 övladı var.