Beyoğlu bələdiyyəsinin sədri həbs olundu

beyoglu-belediyyesinin-sedri-hebs-olundu
Oxunma sayı: 1768

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsi və bəzi Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyərlə bağlı korrupsiyaya işi çərçivəsində saxlanılan Beyoğlu bələdiyyəsinin sədri İnan Güney həbs edilib.

“Qafqazinfo” bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

Bildirilib ki, İ. Güneylə bərabər saxlanılanlar arasında daha 17 şübhəli barəsində həbs qərarı verilib.