Deputat Goranboyda şəhid ailəsinin toy məclisində - Fotolar

deputat-goranboyda-sehid-ailesinin-toy-meclisinde
Oxunma sayı: 171

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunun Borsunlu kəndində Vətən müharibəsi şəhidi Nəsibov Nicat Nəriman oğlunun ailəsində keçirilən toy mərasimində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anar Məmmədov şəhidin ailəsini təbrik edərək xoş arzularını çatdırıb, Vətən müharibəsi şəhidlərinin xatirəsinin dövlət və ictimaiyyət tərəfindən daim uca tutulduğunu vurğulayıb.

Şəhidin əmisi oğlu Allahverdiyev Musa Etibar oğlu göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.