Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov üç il sonra Xankəndiyə gedib.
“Qafqazinfo” xəbər verir ki, PFL prezidenti 2023-cü ildə Xankəndiyə - “Qarabağ” - MOİK oyununa gedərkən qəzaya düşmüşdü.
Qeyd edək ki, Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində - Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən qəzaya düşən mikroavtobusda Elxan Səmədovla yanaşı, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, Mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev və Texniki idman direktoru Elgiz Abbasov da olmuşdu.
Onlar bu gün “Xankəndi” - “Karvan-Yevlax” oyununu gənclər və idman naziri Fərid Qayıbovla birgə izləyirlər.
Elsevər Məmmədov
Fotolar: Xəyal Vəlizadə





Son xəbərlər
Son Xəbərlər