17 noyabr 2026-cı il tarixdə Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində iri fermer təsərrüfatlarına və emal müəssisələrinə baxış keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Kənd Təsərrüfatı nazirliyinin məsul işçisi İzzət Talıbov, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi və Masallı rayon Elektrik şəbəkəsinin rəis müavinin iştirakı ilə keçirilən görüşlərdə rayonda fəaliyyət göstərən iri fermer təsərrüfatları, emal müəssisələrinə baxış keçirilib və problemləri ilə maraqlanılıb.
Keçirilən görüşlərdə məlum olub ki, ötən dövr ərzində “Hacıoğlu 2023” şirkəti məhsulların qablaşdıırılması və istehsalı üçün yeni avadanlıqlar alııb, “Baba bulağı” şirkəti çayçılığın inkişaf etdirilməsi üçün əkin sahəsini genişləndirib, fermer Əbdül İsmayılov və Cəsarət Əzizov soyuducu anbarın tikintisi üçün panel və digər avadanlıqlar alıb, “Sehrəngah” şirkəti mini çay fabrikinə avadanlıqlar alıb və yeni salınacaq sahəyə böyürtkən tingləri sifariş edərək gətirilib.
Görüşlərdə Masallı RİH başçısı A.Əhmədov Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlər rayon üçün də mühüm əhəmiyyət daşıdığını və kənd təsərrüfatının Masallının iqtisadi və sosial həyatında mühüm yer tutduğunu qeyd edib.
Sahibkar və fermerlərlə görüş zamanı Azərbaycan Prezidentinin Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev Dövlət Proqramının əhəmiyyətindən danışaraq bildirib ki, proqram çərçivəsində kənd təsərrüfatında müasir və innovativ yanaşmaların tətbiqi, istehsal və emal imkanlarının genişləndirilməsi, aqrar sahədə dəyər zəncirinin inkişaf etdirilməsi və fermerlərin fəaliyyətinə dəstəyin gücləndirilməsi nəzərdə tutulur.
Qəbul edilmiş Dövlət Proqramından ruhlandıqlarını qeyd edən sahibkar və fermerlər onlara göstərilən diqqət və qayğıya görə Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Görüşlərdə fermer və sahibkarların fəaliyyətləri zamanı qarşılaşdıqları problemlər, xüsusən təsərrüfatlarda elektrik enerjisi təchizatının zəif olması, güzəştli kerditlərin verilməsində olan çətinliklər, subsidiyaların az olması, minerlar gübrələr və zərərvericilərə qarşı dərman preparatlarının əldə olunmasında yaranan çətinliklər olduğunu bildiriblər.









Son xəbərlər
Son Xəbərlər