Dünyanın ən çox qazanan futbolçuları onlardır - Siyahı

dunyanin-en-cox-qazanan-futbolculari-onlardir
Oxunma sayı: 184

“The Touchline” 2026-cı ildə dünyanın ən yüksək gəlir əldə edən futbolçularının reytinqini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıya Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo başçılıq edir. Onun illik qazancı 300 milyon dollar təşkil edir.

İkinci pillədə 145 milyon dollar gəlirlə “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi qərarlaşıb.

İlk üçlüyü isə 100 milyon dollar qazanc əldə edən Madrid “Real”ının fransalı hücumçusu Kilian Mbappe tamamlayır.

Dünyanın ən çox qazanan 10 futbolçusu:

Kriştianu Ronaldo – “Əl-Nəsr” (300 milyon dollar)

Lionel Messi – “İnter Mayami” (145 milyon dollar)

Kilian Mbappe – “Real Madrid” (100 milyon dollar)

Erlinq Holand – “Mançester Siti”

Vinisius Junior – “Real Madrid”

Lamin Yamal – “Barselona”

Sadio Mane – “Əl-Nəsr”

Cud Bellingem – “Real Madrid”

Harri Keyn – “Bavariya”

Məhəmməd Salah – “Trabzonspor”