Medianın suallarını bu hakim cavablandıracaq

medianin-suallarini-bu-hakim-cavablandiracaq
Oxunma sayı: 251

Bakı Ağır Cinayətlər Məhkəməsində kütləvi informasiya vasitələri ilə əlaqələrin təşkili üzrə məsul şəxs təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu vəzifə hakim Hüseyn Hüseynliyə həvalə olunub.

Bundan sonra məhkəmənin fəaliyyəti ilə bağlı media nümayəndələrinin sorğuları sözügedən hakim vasitəsilə cavablandırılacaq.

Qeyd edək ki, Hüseyn Hüseynli Xəzər Rayon Məhkəməsində çalışdığı dövrdə də mətbuat xidməti üzrə məsul şəxs (spiker hakim) idi.

Sail Ağasəlim