Dövlət Proqramı çərçivəsində Ağsuda monitorinq aparıldı - Fotolar

dovlet-proqrami-cercivesinde-agsuda-monitorinq-aparildi
Oxunma sayı: 146

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Ağsu rayonunda görülmüş işlərin monitorinqi aparılıb.

“Qafqazinfo” xəbər verir ki, keçirilmiş monitorinqlər çərşivəsində Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış rayon qərargahın üzvləri ilə birlikdə rayon ərazisində fəaliyyət göstərən iri təsərrüfatlara baxış keçiriblər və müəssisələrdə aparılan işlərlə yerində tanış olublar.

Rayonun Qaraməmmədli kəndində heyvandarlıq təsərrüfatında, Navahı kəndində intensiv meyvə bağında, Pirhəsənli kəndində tərəvəz məhsulları istehsalı üzrə ixtisaslaşmış istixana kompleksində, Ərəbsarvan kəndində “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətində, İlxıçı kəndində Quşçuluq müəssisəsində və digər təsərrüfatlarda keçirilən monitorinqlər zamanı dövlət proqramının icrası, rayonun aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal göstəriciləri yerində qiymətləndirilib.

Dövlət Proqramının icrası ilə əlaqədar qısa müddətdə həyata keçirilmiş işlər tədqirəlayiq hal kimi qeyd olunmuş və təsərrüfat rəhbərlərinə fəaliyyətlərini daha da genişləndirmələri istiqamətində müvafiq tövsiyələr verilib.

Keçirilən görüşlərdə kənd təsərrüfatının inkişafı istiqamətində sahibkar və fermerlərin qarşılaşdığı problemlərin aradan qaldırılması yolları müzakirə edilib, habelə bu sahədə olan problemlərin həllinə kömək göstərilməsi məqsədilə adiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.