Tarixi görüşdə nələrdən danışdılar? - Video - Yenilənib

tarixi-gorusde-nelerden-danisdilar
Oxunma sayı: 3130

Çinin Şençjen şəhərində Rusiya, ABŞ və Çin prezidentləri Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında üçtərəfli görüş başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, üç ölkə lideri ilk dəfədir bu formatda görüş keçirir.

Danışıqlar bağlı qapı arxasında davam etdirilir.

Sammitin yekununda birgə kommünikenin qəbul ediləcəyi gözlənilir.

***

Rusiya, ABŞ və Çin liderlərinin görüşü başa çatıb. 

Liderlər arasında danışıqlar təqribən 1 saat yarım davam edib. Görüşün mətbuat üçün açıq hissəsində Vladimir Putin həmkarlarına qlobal və regional əlaqələri, eləcə də enerji və qida təhlükəsizliyi məsələlərini müzakirə etməyi təklif edib. 

Donald Tramp isə Beynəlxalq Cinayət Məhkəməsi üzərində nəzarətin həyata keçirilməsinin vacibliyinə diqqət çəkib.

Si Cinpin öz növbəsində nüvə silahını məhv etməyə çağırış edib. 

Görüşlə bağlı yaxın 1 saat ərzində yekun məlumatın yayılacağı gözlənilir.