“Bəziləri ikigünlük yox, bir həftəlik çörək ehtiyatı görüb”

bezileri-ikigunluk-yox-bir-heftelik-corek-ehtiyati-gorub
Oxunma sayı: 1408

“Ötən sərtləşdirilmiş karantin günlərində biz bir xoşagəlməz hal ilə qarşılaşdıq". 

"Qafqazinfo" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayev deyib. 

O, çörəklə bağlı məsələyə toxunaraq bildirib: "Kommunal işçilər məlumat verirlər ki, binaların qarşısında nə qədər çörək toplanıb. Belə təəssürat yaranır ki, bəzi insanlar iki günlük yox, bir həftəlik, 20 günlük çörək ehtiyatı görüb. Bu, heç bizim adət-ənənələrə də uyğun hal deyil. Çörək təminatı ilə bağlı heç bir sıxıntı yoxdur və olmayacaq”.