Bilet qiymətini bəyənmədilər, stadionu yandırdılar - Video

bilet-qiymetini-beyenmediler-stadionu-yandirdilar
Oxunma sayı: 613

Xorvatiya futbolunda qalmaqallı hadisə yaşanıb.

“Qafqazinfo”nun xəbərinə görə, liqanın ilk turunda keçirilən “Varazdin” – “Hajduk Split” qarşılaşmasından sonra qonaq komandanın azarkeşləri etiraz aksiyası keçirərək stadion tribunalarına zərər vurublar.

Qradski stadionunda baş tutan matçda “Varazdin” rəqibini 2:1 hesabı ilə məğlub edib. Ev sahibi komandanın qollarını 53-cü dəqiqədə Mladenovski və 62-ci dəqiqədə Mamiç vurub. “Hajduk Split”in yeganə qoluna isə 56-cı dəqiqədə Pukstas imza atıb.

Lakin qarşılaşmadan sonra diqqətlər meydandakı mübarizədən daha çox tribunada baş verən hadisələrə yönəlib.

“Hajduk Split” azarkeşləri bilet qiymətlərinin yüksək olmasına etiraz olaraq oyunu boykot edib. Səfərə gedən azarkeşlərdən ibarət 10-15 nəfərlik qrup isə öz sektorlarındakı oturacaqları yandırıb.

Etiraz aksiyasını “Hajduk Split”in məşhur “Torcida Split 1950” azarkeş qrupu öz üzərinə götürüb.

Hadisə ilə bağlı araşdırmanın aparıldığı bildirilib.