Restoranda yanğın, qadın tüstüdən zəhərləndi - Video - Yenilənib

restoranda-yangin-qadin-tustuden-zeherlendi
Oxunma sayı: 5350

Nizami rayonunda yerləşən binalardan birində baş vermiş yanğın zamanı bir qadın tüstüdən zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, polis əməkdaşları tüstüdən boğulan, ölüm təhlükəsi ilə üz-üzə qalan qadını vaxtında tibb müəssisəsinə çatdırıblar.

Həkimlərin müdaxiləsindən sonra onun həyatı xilas edilib.

***

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:30 radələrində Nizami rayonu, Manqal restoranında yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

“Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə yerində yardım göstərilib”.