Binəqədidə 6000 həmişəyaşıl ağac əkilib - Foto

Binəqədidə 6000 həmişəyaşıl ağac əkilib
Oxunma sayı: 945

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Respublikanın hər yerində start götürmüş ağacəkmə aksiyası Binəqədi rayonunda da həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq tövsiyəyə uyğun olaraq bu gün ərzində Binəqədi rayonu 6-cı mikrorayon, M.Kazımovski küçəsi, Nəbatət bağı, İ.Cümşüdov küçəsi, Xocəsən qəsəbəsi, “Pepsi-kola” şirkətinin qarşısındakı park, “Dərnəgül” metrostansiyasının çıxışı, Binəqədi qəsəbəsi cəzaçəkmə müəsissəsinin yanı və Xocəsən qəsəbəsi, Motodrom adlanan ünvanda 6000 ədəd həmişəyaşıl ağac əkilib.

Ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, YAP Binəqədi rayon təşkilatının rəhbər heyəti,Rayon ictimaiyyəti, Binəqədi rayonunda könüllülük işinə cəlb edilmiş gənclər və s iştirak edib.

Ağacəkmə aksiyası zamanı İmadəddin Nəsiminin qəzəllərindən ibarət musiqilər səsləndirilib, çay süfrəsi təşkil edilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi