Binəqədidə gender zorakılığı ilə bağlı tədbir keçirildi - Fotolar

bineqedide-gender-zorakiligi-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 2340

Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın  və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirilmə işinin aparılması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun tərkibində yaradılmış işçi qrupun üzvlərinin iştirakı ilə görüş keçirilib.

 “Qafqazinfo” xəbər verir ki, görüşdə  çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini və Binəqədi Rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Sevinc Süleymanova məişət zorakılığı ilə mübarizə istiqamətində müdafiə mexanizminin gücləndirilməsi və təcrübi biliklərin artırılması məqsədilə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütamadi olaraq təlimlərin keçirildiyini vurğulayıb.

O, gələcəkdə aşkar ediləcək zorakılıq halları ilə bağlı qrup üzvlərinin bir-biri ilə əlaqəsinin, informasiya mübadiləsinin və müraciətlərə çevik reaksiya verilməsinin təmin olunması məqsədilə “WhatsApp” qrupun yaradılmasının  məqsədəmüvafiq hesab olunduğunu və Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi üzrə nümayəndəliklərinə və rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrə məişət zorakılığına məruz qalmış şəxslərin dövlət qurumlarına müraciətlərinin əlçatanlılığının təmin olunması məqsədilə tədbirlər görülməsini tövsiyə edib. 

Görüş monitorinq qrupu üzvlərini maraqlandıran məsələlər ətrafında disskusiya formasında davam edib.