Binəqədidə sakinlərə maska və əlcək paylanılıb - Foto

bineqedide-sakinlere-maska-ve-elcek-paylanilib
Oxunma sayı: 1393

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonunda fəaliyyət göstərən mobil qruplar tərəfindən rayon ərazisində koronavirus pandemiyasının yayılmasının təsirinin azaldılması istiqamətində M.Ə.Rəsulzadə qəsəbəsi və S.S.Axundov küçəsində yaşayan sakinlərə tibbi dezinfeksiya məhsulları, qoruyucu maskalar və əlcəklərin paylanılması işləri həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, eyni zamanda, sakinlər arasında tələb olunan qaydalara riayət edilməsinin, şəxsi gigiyena qaydalarına və özünütəcrid tədbirlərinə uyğun davranmağın, müxtəlif şəxslərlə kontaktda olarkən qoruyucu tibbi maskadan istifadə etməyin, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağın vacibliyi barədə söhbət aparılıb.