Binəqədidə təhsil işçiləri ilə görüş - Fotolar

bineqedide-tehsil-iscileri-ile-gorus
Oxunma sayı: 1210

Binəqədi rayonunda 5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı Amal Əsgərov və rayonda fəaliyyət göstərən orta ümumtəhsil müəssisəslərində məktəblilərin təlim-tərbiyəsi işində qazandığı nailiyyətlərə görə fərqlənən müəllimlər iştirak edib.

RİH başçısının müavini Sevinc Süleymanova təhsil ocaqları ilə bağlı hesabat nitqində bu il Azərbaycan müəlliminin 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram etməsini xüsusi vurğulayıb: “Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində biz qürur hissi keçirik ki, Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində çalışan 3 nəfər müəllimimiz də düşmənə qarşı mərdliklə vuruşaraq qəhrəmanlıqlar göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə onların hər biri göstərdikləri şücaətə görə medallarla təltif ediliblər”.

İcra başçısı Elxan Allahverdiyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb və ulu öndər Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı rolundan bəhs edib. Bununla yanaşı qeyd edib ki, ölkə rəhbərliyinin təhsil sahəsində uğurla həyata keçirdiyi islahatların ən mühüm və vacib istiqamətlərindən biri Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılmasıdır və bu mənada böyük işlər görülür. Təhsil sahəsinin inkişafinda xüsusi xidmətləri ilə seçilən müəllimlərin əməyi qiymətləndirilir, onlar dövlət tərəfindən təltif edilir,  onlara fəxri adlar və mükafatlar verilir.

Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisi Fəxri fərman və qiymətli hədiyyələr ilə mükafatlandırılmış və onlarla xatirə şəkli çəkilib.