Binəqədidəki məktəblərdə dərs prosesi izlənildi - Foto

bineqedideki-mekteblerde-ders-prosesi-izlenildi
Oxunma sayı: 1844

15 sentyabr 2020-ci il tarixdə yeni dərs ilinin başlanması ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə Binəqədi rayonunda fəaliyyət göstərən bir qrup məktəblərdə dərs ilinin Nazirlər Kabinetinin təsdiq etdiyi normativ qaydalara uyğun aparılması prosesi izlənilib.

Keçirilmiş baxışda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, baş məsləhətçi Elnur Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Arzu Tairquliyeva-Nağıyeva iştirak edib.

Müşahidələr zamanı təhsil ocaqlarında bütün gigiyenik lazimi vasitələrin təmin edilməsi və Nazirlər Kabinetinin təsdiq etdiyi qərarların icra vəziyyətinə xüsusi diqqət yetirilib.

Məlumat üçün qeyd edək ki, pandemiya dövrü ilə əlaqədar yeni tədris ili yeni formatda təşkil olunub.