Bir ay sonra həmin öhdəliklərin icrasını dayandırdılar

bir-ay-sonra-hemin-ohdeliklerin-icrasini-dayandirdilar
Oxunma sayı: 404

İran ABŞ ilə münaqişənin dayandırılmasına dair memorandum çərçivəsindəki öhdəliklərinin icrasını dayandırıb.

“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi bildirib.

“Biz də öhdəliklərimizin icrasını dayandırmışıq və hazırda onları yerinə yetirmirik, çünki milli müdafiə məsələləri ilə məşğuluq”, - deyə o bildirib.

Xarici işlər nazirinin müavini vurğulayıb ki, amerikalıların özləri İrana qarşı “təcavüzkar hərəkətlər” törətməklə memorandum üzrə öhdəliklərini pozublar.

Qeyd edək ki, iyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını möhkəmləndirmək və danışıqların yeni mərhələsinə başlamaq məqsədi daşıyan müvəqqəti anlaşma memorandumu imzalamışdılar.