Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

bir-teref-isti-digeri-dasqinla-mubarize-aparir
Oxunma sayı: 400

Pakistanın Ravalpindi şəhərində güclü musson yağışlarının səbəb olduğu daşqınlar gündəlik həyata mənfi təsir göstərib. Milli Fəlakətlərin İdarə Olunması İdarəsinin (NDMA) son məlumatlarına əsasən, yağışlı mövsümün başlanğıcından bəri ölkə daxilində musson yağışları səbəbindən həyatını itirənlərin sayı 159-a, xəsarət alanların sayı isə 473-ə çatıb.

Güclü yağışlar, ani daşqınlar və torpaq sürüşmələri bir çox bölgəyə təsir etməkdə davam etdiyi üçün iri şəhərlərdə yüksək səviyyəli xəbərdarlıqlar elan edilib.

Qeyd edək ki, Avropa ölkələrində isə şiddətli istilər hökm sürür. Həmin ölkələrdə isti hava ilə əlaqədər ölüm halları da artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən seldən əziyyət çəkən Pakistandan fotoları təqdim edir: